Interposta.Info

 

Goranboyda qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

Ölkə
 2-12-2023, 09:45     30 812

Goranboy rayonu Xoylu kəndində qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
“Report”un Qərb bürosunun məlumatına görə, 1979-cu il təvəllüdlü Gülmirə Fərmanova səhər saatlarında mətbəxdə olan qaz sobasını yandırmaq istəyən zaman kiçik partlayış olub.
O, hər iki əlindən və üz nahiyəsindən yanıq xəsarətləri alıb.
Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26