Interposta.Info

Gəncədə evdə partlayış olub, xəsarət alan var

Ölkə
 14-01-2023, 11:07     296

Gəncədə evdə qaz sızmasından partlayış olub, xəsarət alan var.

1988-ci il təvəllüdlü T.Seyidova hamam otağında işığı yandıran zaman qaz sobasında sızma olduğu üçün ani alovlanmadan partlayış baş verib.

Nəticədə o, bədəninin müxtəlif nahiyələrində 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26