Azərbaycanda daha bir elektrik yarımstansiyasında partlayış:

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.
Partlayış zamanı xəsarət alanlar var.
Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəsarət alanlardan birinin adı məlum olub. Rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir./report
Faktla bağlı araşdırmalara başlanılıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26