Interposta.Info

Yevlaxın qaz təchizatı dayandırılıb
 

Ölkə
 19-09-2023, 09:39     149

Bu gün Yevlaxda qaz təchizatı dayandırılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Yeni Yevlax” ölçü qovşağının giriş hissəsində və “Yevlax-1” Qaz Paylayıcı Stansiyada şam xətti üzərində olan nasaz kranın dəyişdirilməsi ilə bağlı sentyabrın 19-da saat 9:00-dan “Yeni Yevlax” və “Yevlax 1-ci xətt” ölçü qovşağından qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Yevlax şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26