Interposta.Info

Üç rayonda qaz olmayacaq

Ölkə
 6-06-2023, 12:36     268

Magistral qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq, üç rayonun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə"İnterPosta" -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəqli sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq.

Bu gün saat 14:00-dan etibarən iyunun 8-də işlər başa çatanadək “Qarasu” və “Muğan” QPS-lərdən, həmçinin “Gilan Seramik” MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin qaz təchizatında fasilə yaranacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26