Interposta.Info

Sabah 2 rayonda qaz olmayacaq

 

Ölkə
 13-09-2022, 12:16     432

Sabah Yardımlı və Lerik rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "İnterPosta"ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac” İdarəsinə məxsus "Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, sabah saat 13:00-dan etibarən təmir işləri başa çatanadək "Lerik”, "Ordahal”, "Yardımlı” və "Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26