Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
"Qaz İxrac” İdarəsinə məxsus "Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə 11.05.2022-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək "Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə "İnterPosta"-ya Azəriqaz İB-dən məlumat verilib.
Təmir işləri aparılan müddətdə Ağstafa şəhəri daxil olmaqla, rayonunun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26