Interposta.Info

 

Azərbaycanda üç rayonun qaz təchizatı dayandırılıb

Ölkə
 25-08-2023, 09:36     198

Bu gün Ağdam, Masallı və Ağdaş rayonlarının qaz təchizatı dayandırılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Ağdam Dördyol” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Alvadı” və “Ağdaş” Qaz Paylayıcı Stansiyalarının (QPS) girişində 200 mm-lik kranların dəyişdirilməsi ilə əlaqədar avqustun 25-də saat 9:00-dan qaz təchizatı dayandırılıb.
Təmir işləri görülən müddətdə Ağdam, Masallı və Ağdaş rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26