Interposta.Info

Sabah bu rayonlarda qaz kəsiləcək

 

Ölkə
 29-08-2023, 21:09     227

Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İnterPosta" xəbər verir ki, avqustun 30-da saat 08:00-dan "Kürdəmir” ölçü qovşağından qidalanan qaz kəmərinin və saat 10:00-dan "Türkan-1” QPS-dən Türkan qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan Yasamal rayonu Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin kəsişməsində istismarı dayandırılmış qaz xəttinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, həmçinin "Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan "Ucar” QPS-in ərazisində yeni siyirtmələrin və saat 10:00-dan "Tovuz” QPS-in qol qaz kəməri üzərində 200 mm-lik siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Türkan qəsəbəsinin, Yasamal rayonunun Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin, Yeni Yasamal massivinin (tam olaraq) və 2-ci Alatava yaşayış massivinin (bir hissəsinin), Kürdəmir rayonunun (bir hissəsinin), Ucar, Ağstafa və Tovuz rayonlarının (tam olaraq) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26