Interposta.Info

 

Nicat Abasov Maqnus Karlseni necə təşvişə saldı?

Ölkə
 21-08-2023, 15:19     174

Norveçli şahmatçı Maqnus Karlsen Bakıdakı Dünya Kubokunun yarımfinalında Azərbaycan təmsilçisi Nicat Abasovla oyunlardan danışıb.

Keçmiş dünya çempionu qrosmeysterimizin bir çox resurs tapmasının onu əsəbiləşdirdiyini söyləyib:

“Abasov çox inamlı oynayırdı. O, sürətli və uğurlu gedişlər edirdi. Buna görə də asan olmadı. Nicat Abasovun çoxlu resurslar tapması məni təşvişə salırdı. Amma cavab görüşündə risksiz oynadım. Onun ideyalarını anladığım üçün qalib gələ bildim”.
Qeyd edək ki, iki oyunun cəmində 1,5:0,5 hesablı qələbə qazanan Maqnus Karlsen Dünya Kubokunda finala yüksəlib. Nicat Abasov isə üçüncülük uğrunda yarışacaq.\chess24.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26