Interposta.Info

Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi

İdman
 1-03-2022, 10:10     263

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Cədvəlin ilk "10-luğ"unda Azərbaycanın bir təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 2776 xalla 7-ci pillədə yer alıb. Teymur Rəcəbovun 2 753 xalla 14-cü sıradakı mövqeyini qoruyub.

Qədir Hüseynov (2661) 5 pillə irəliləyərək 72-ci, Rauf Məmmədov isə 7 pillə irəliləyərək (2656) 80-ci olub.

Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26