Interposta.Info

Şəhriyar Məmmədyarov dünyada 3-cü oldu - Azərbaycan tarixində ilk

Ölkə / İdman
 30-11-2017, 18:33     10 559

FIDE dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb.

BakuPost.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ölkə tarixində ilk dəfə 3-cü pilləyə yüksəlib.

Hazırda 2799 xala malik 32 yaşlı qrossmeyster yalnız norveçli dünya çempionu Maqnus Karlsen (2837) və ermənistanlı Levon Aronyandan (2805) geri qalır.

Teymur Rəcəbov 2 pillə irəliləyərək 2748 xalla 17-ci pillədə qərarlaşıb. Ən böyük sıçrayışa isə Rauf Məmmədov nail olub. 2709 xala malik 29 yaşlı şahmatçı 18 pillə irəliləyib və 40-cı mövqeyə yüksəlib. 2705 xalı olan Arkadi Naydiç isə 1 pillə irəliləyib. O, hazırda 43-cüdür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26