Interposta.Info

Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə etdi

 

İdman
 26-01-2022, 22:50     318

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

"İnterPosta" xəbər verir ki, 37 yaşlı qrossmeyster X turda ABŞ-dan olan Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.

Xallarını 7-yə çatdıran Məmmədyarov 3-cü pillədədir, turnir cədvəlinə isə 8 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26