Interposta.Info

Şəhriyar Məmmədyarov Veyk-an-Zee şahmat turnirində iştirak edəcək

İdman
 23-10-2017, 11:45     9 283

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun adı Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək şahmat turniri iştirakçılarının ilkin siyahısına daxil edilib.

interposta.info-ın məlumatına görə, bu barədə yarışın rəsmi saytında xəbər verilir.

Turnirdə Rusiya şahmatçıları Sergey Karyakin və Vladimir Kramnik, amerikalı qrossmeysterlər Fabiano Karuana və Uesli So (2017-ci il turnirinin qalibi), Vişvanatan Anand, Başkaran Adhiban (hər ikisi Hindistan), Aniş Qiri (Niderland), Vey İ, Hou İfan (hər ikisi Çin) və Haveyn Consun (İngiltərə) iştirak edəcəklər.

Qeyd edək ki, turnir 12-28 yanvar tarixlərində keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26