Interposta.Info

Bakının bir qəsəbəsində su problemi yaranıb
 

Ölkə
 15-08-2023, 11:59     161

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində içməli su təchizatı ilə bağlı problem yaranıb.

Bu barədə “Report”a qəsəbədə yaşayan sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, problemlə bağlı dəfələrlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-nin Suraxanı Su Kanal İdarəsinə müraciət etsələr də, vəziyyət düzəlmir.

“Bizə, sadəcə, deyirlər ki, ərazidə qəza var, ona görə su verilmir”, - deyə sakinlər qeyd ediblər.
Məsələ ilə bağlı “Azərsu”dan bildirilib ki, son günlər suya tələbatın artması müşahidə edilir:

“Bunu nəzərə alaraq magistral xətlərə suyun verilişi artırılıb ki, qəsəbələr normal su ilə təmin olunsun. Bu gün həmin əraziyə su veriləcək”.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26