Interposta.Info

 

FHN icazələrlə bağlı yeddi şəhərdə sənəd qəbuluna başlayır

Ölkə
 13-07-2023, 16:11     172

“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14.06.2023-cü il tarixli 2181 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən sənəd qəbulu həyata keçirilir.

FHN-dən verilən məlumata görə, fərmana müvafiq olaraq, 1 iyun 2023-cü il tarixinədək tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığı baxımından müayinə edilməsi, müayinələrin nəticəsinə dair istismara hazır olması barədə rəylərin tərtib edilməsi və bu rəylər əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazənin verilməsi nəzərdə tutulur.

Bu məqsədlə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı, Gəncə, Xaçmaz, Yevlax, Salyan, Lənkəran və Qəbələ şəhərlərində fərmanın icrası ilə bağlı sənəd qəbulu aparılır. Qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazənin verilməsi üçün ərizə və ona əlavə edilmiş müvafiq sənədlər qeyri-yaşayış obyektinin sifarişçisi (sahibi) və ya onun qanuni nümayəndəsi tərəfindən şəxsən təqdim edilməlidir.

Ərizə forması, tələb olunan sənədlər, sənəd qəbulu aparılan ünvanlar və digər müvafiq məlumatları bu səhifəyə daxil olmaqla əldə etmək mümkündürhttps://www.fhn.gov.az/?aze/news/xronika/2023/4/3/1030

Qeyd edək ki, sənədlərin qəbulu 1 yanvar 2025-ci il tarixinədək davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26