Bu tarixədək 40 mindən çox əmlak "kupça" alacaq - Deputat
"Yeni dəyişikliklər nəzarətin gücləndirilməsi ilə yanaşı, müəyyən dövrdə qanunsuz tikilmiş və istismara yararlı qeyri yaşayış obyektlərinin çıxarışla təmin edilməsinə, gələcəkdə qanunsuz tikililərin qarşısının alınmasına xidmət edəcək”.
Deputat Vüqar Bayramov Prezident İlham Əliyevin "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanı şərh edərkən deyib. Deputat bildirib ki, yenə sənədlə bu il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur:
"Təsdiq olunmuş qaydalara əsasən, yükdaşıyan konstruksiyaların etibarlılıq baxımından istismara yararlılığı, yəni dayanıqlı, möhkəm və seysmik cəhətdən davamlı olan, yanğın təhlükəsizliyi tələblərinə cavab verən, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı olan, torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüququ təsbit edilən və qeyri-yaşayış binasının mühafizə zonalarından kənarda yerləşən obyektərə sadələşdirilmiş icazə rejimi tətbiq olunacaq”.
Vüqar Bayramov ilkin qiymətləndirmələrə görə, 40 mindən çox sənədsiz əmlak sadələşdirilmiş formada çıxarış (kupça) ala biləcəklərini vurğualyıb:
"Sənədə əsasən, səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər. Bu proseduraların şəffaflaşmasın və asanlaşdırılmasına ciddi töhvə verəcək.
Qanunvericiliyə edilən digər dəyişikliyə əsasən, yerli icra hakimiyyətinin başçıları tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunacaq. Məqsəd dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Bundan sonra, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir. Etiraf etmək lazımdır ki, tikinti sektorunun dinamik inkişafı ilə yanaşı bir sıra hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalara əməl olunmaması müşahidə olunur”./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26