Interposta.Info

Həyatını itirən Fərid Bakarovun xalası: “Məşqçinin qanında narkotik tapıblar” - VİDEO

 

Ölkə
 2-05-2023, 20:29     311

"Uşaq yıxılsa, bir tərəfi göyərərdi. Onun bütün bədəni gömgöy olub”.

Bu sözləri Baku TV-nin "Arzunun vaxtı” verilişində aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası deyib.

O bildirib ki, oğluna məşq zamanı şiddət göstərən və ölümünə səbəb olan Mehman Xəlilov ən ağır cəza almalıdır: "O adam həbsxanada çürüməlidir”.

Mərhum azyaşlının xalası isə Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib:
"Onun qanında narkotik tapıblar. Bunu hamı bilirmiş. Həmin məşqçi başqa uşaqlara da işgəncə verirmiş”.

Həmçinin qeyd edilib ki, anası hələ Fəridin döyüldüyü videonu görməyib.

Ətraflı verilişi təqdim edirik:

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26