Interposta.Info

Ekspert ölkəni silkələyən qətldən danışdı: “Uşaqlarınızı onlara etibar etməyin”

Siyasət
 2-05-2023, 16:27     215

"Bu gün bəzi məşqçilər Arnold Şvasneger, Vandamın filmlərini izləyib, onları təqlid edirlər. Lakin unudurlar ki,  hər uşağa yanaşma fərqli olmalıdır. Biz hər uşağı Vandamın oynadığı kino qəhrəmanına bənzədə bilmərik”.

Bunu "İnterPosta"-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 7 yaşlı Fəridin idman zalında ölümü ilə bağlı video-görüntüdən danışarkən deyib. 


Sədr bildirib ki, bu gün zirzəmilərdə yarıgizli şəkildə məşq zalları fəaliyyət göstərir.

"Bu faktın özünün nə qədər məqbul olduğu böyük sual altındadır. Bütün regionlarda gənclər evləri mövcuddur. Həmin mərkəzləri çayxanalara çevririblər, yaxşı olardı ki, idman qurğuları olan müəssisələrin sayını çoxalqdaq. Bəlkə elə zirzəmilərə köçürtdüyümüz məşq zallarında nələrin baş verməsinin bu qədər gizli qalmasınıb başlıca səbəbi odur ki, orada təhlükəsizlik kameraları quraşdırılmayıb.  Ölkədə böyük ajiotaja səbəb olan video-görüntülərin köhnə olduğunu deyirlər. Bu, mümkündür. Amma mən bir faktı deyəcəyəm. Nəvəmin fiziki inkişafı üçün biz onu idman bölməsinə yazdırdıq. Biz orada müəyyən davranışları gördük və az müddətdən sonra oradan uzaqlaşdıq”. 

Kəmalə Ağazadə hesab edir ki, məşqçinin peşəkarlığı ilə yanaşı onun davranışı çox önəmlidir:

"Bu gün məşqçilərin çoxuna uşaqlara davranış-təlim qaydaları öyrədilməyib. Sovet vaxtlarında da peşəkar idmanla  məşğul olan yeniyetmə gənclərə fiziki zorakılıq yükünün verilməsinin şahidi olurduq. Mən hər dəfə deyirəm, bir uşağın idmançı olması üçün onun çox ağrılı yoldan keçməsi lazımdır. Bunu hansı formada eləmək lazımdır? Bu hadisəni əks etdirən videonu gördükdən sonra heç cür özümü toparlaya bilmirəm. Dəhşətli kadrlardı.Bu sahədə boşluqlar çoxdur və dövlət bu məsələyə diqqətini artırmalıdır”. 


Kəmalə Ağazadə idman zallarını idarə edən məşqçilərlə və uşaqlarını həmin zallara aparan valideynlərlə diqqətli olmağı məsləhət görüb.


Qeyd edək ki, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan məşqçinin kobud davranışı nəticəsində aldığı xəsarətdən idman zalında vəfat edib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26