Musiqi festivalında narkotik qalmaqalı: yeddi nəfər öldü
Vyetnamın paytaxtı Hanoyda keçirilən rəqs musiqiləri festivalında narkotikdən istifadə edən yeddi nəfər ölüb, beş nəfər isə komaya düşüb.
Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, festival zamanı 12 nəfər xəstəxanalıq olmuşdu.
Hanoy şəhərinin polis şöbəsinin mətbuat xidməti xəstəxanalıq olan hər kəsin qanında narkotik tapıldığını bildirib.
Anna Sedokova “Jara” səhnəsinə “çılpaq” donda çıxdı - FOTO
Yeddi nəfərin öldüyünü qeyd edən mətbuat sözçüsü beş nəfərin də vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb.
Qeyd edək ki, Vyetnam hökuməti ölkədə 220 min narkotik istifadəçisi olduğunu açıqlamışdı. Polis qeydlərinə əsasən, ölkədə hər il 1600 nəfər yüksək dozada narkotikə görə həyatını itirir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26