Interposta.Info

Bakıda bir sıra marketlər şəbəkəsi bağlanacaq
 

Ölkə
 17-02-2023, 17:54     185

Yaxın vaxtlarda Bakıda bir sıra marketlər şəbəkəsi bağlanacaq.

Bu barədə Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov həftə sonlarında iri marketlər şəbəkəsinin təşkil etdiyi endirim kampaniyasının pərdəarxası məqamlarından danışarkən deyib. Ekspert bildirib ki, bunun əsas səbəbi son vaxtlar əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir:

"Bizdə olan məlumata görə, "Bizim market” müflüs olub, sahibi dəyişib. Bundan başqa çoxlu sayda xırda marketlər bağlanıb. Həmin marketlərin də müflüs olma ehtimalı daha böyükdür. Bütün bunların hər birini gündəlik market rəhbərləri və işçiləri hiss edirlər. İri marketlərin bir məqsədi var - reklam edib, endirim kampaniyası günlərində daha çox alıcı cəlb etmək. Onlar məhsulun qiymətini 1% aşağı salıb, həmin günlərdə daha çox ərzaq satırlar. Hansı marketə girirsən, iki-üç ərzağı bir-birinə bağlayıb üstünə də endirim yazırlar”.

Vahid Məhərrəmovun fikirincə, üstünə endirim yazılan ərzaqlar saxlama müddətinin bitməsinə az qalan ərzaqlardır:

"Marketlər istəyir ki, saxlama müddətinin bitməsinə az qalan məhsulları geri qaytarmasınlar. Bunun üçün də məhsulu gətirən sahibkarlarla danışırlar ki, həmin məhsulları nisbətən ucuz quymətə satsınlar. Çünki geri qayıdanda onu təkrar emala göndərirlər, əlavə xərc gedir və gözlədiklərindən daha çox qazanc əldə edə bilmirlər".

Ekspert zamanla iri marketlər şəbəkələrinin də müflis olacağını vurğulayıb:

"Marketlərin sayı olduqca çoxdur. Bakıda yaşadığım ərazidə 6-7 nəhəng market var. Onların sayı çox, əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün gəlirləri günbəgün azalır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26