Interposta.Info

Bakıda SİÇANI olan marketlərdə endirim fırıldağı - VİDEOFAKTLAR

Müxtəlif / Manşet
 4-04-2020, 14:48     1 142

Bir neçə gündür mağazalardakı saxta endirim kampaniyaları sosial şəbəkələrdə narazılıq yaradıb. Məlum olub ki, hətta böyük marketlər şəbəkələrində belə qiymətlər süni şəkildə qaldırılıb. Sonradan həmin qiymətlərdə endirim edərək bunu alıcılara "böyük endirim kampaniyası" kimi təqdim edirlər.

Musavat.com xəbər verir ki, bu cür halları sübut edən videogörntülər artıq alıcılar tərəfindən lentə alınıb.

Endirim fırıldağı bir sıra supermarketlərdə, o cümlədən "Araz" supermarketində müşahidə edilib.

Belə ki, "Araz" supermarketdə müştərilərə təklif edilən çayın qiyməti 3 manat 89 qəpik olaraq göstərilir. Endirimlə isə çayın qiymətinin 2 manat 75 qəpik olduğu yazılır. Lakin çayın üzərində olan qiymətin altında olan daha əvvəlki qiymət bu yalanı üzə çıxarır. Məlum olur ki, vitrindəki çayın qiyməti daha əvvəl də 2 manat 75 qəpik olub.

Təqdim etdiyimiz görüntülərdən aydın olur ki, mağaza qiymətləri süni şəkildə qaldıraraq daha sonra əvvəlki qiymətə satışa çıxarır. Bunu isə alıcılara endirim kimi təqdim edilir.



İnterPosta.info onuda əlavə edir ki, bir müdət bundan əvvəl vətəndaş sosial şəbəkədə paylaşdığı videoda siçanın mağazanın içində sərbəst dolaşdığını göstərərək bildirib ki, bura "Bravo" supermarketidir.

Buda o deməkdir ki, "Bravo" supermarketlər şəbəkəsində gigenik qaydalara əməl olunmur.

Vətəndaşın həmin paylaşımın təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26