Interposta.Info

Vətəndaşlarımızı Türkiyədən təxliyə edən daha bir avtobus Bakıya çatdı - YENİLƏNİB + FOTO/VİDEO

Ölkə / Manşet
 10-02-2023, 12:08     247

Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakı Beynəlxalq Avtovağzalına çatıb.

Oxu.Az xəbər verir ki, bu avtobusla 47 nəfər Vətənə qayıdıb. Bu, zəlzələdən sonra Türkiyədən vətəndaşlarımızı təxliyə edən sayca yeddinci avtobusdur.




07:00

Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən avtobus səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalına çatıb.

Oxu.Az xəbər verir ki, 10-TB-307 dövlət nömrə nişanlı avtobusunda 40 nəfər Vətənə qayıdıb. Onların əksəriyyəti tələbədir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 17 674 nəfərə çatıb. Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir.

Ərazilərdə axtarış-xilasetmə əməliyyatları və insanların təxliyəsi davam edir.




İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26