Interposta.Info

Təxliyə avtobusu tələbələrin bir qismini Türkiyədən Bakıya çatdırdı - FOTO

Gündəm
 10-02-2023, 09:32     405

Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən avtobus səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalına çatıb.

Oxu.Az xəbər verir ki, 10-TB-307 dövlət nömrə nişanlı avtobusunda 40 nəfər Vətənə qayıdıb. Onların əksəriyyəti tələbədir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 17 674 nəfərə çatıb. Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir.

Ərazilərdə axtarış-xilasetmə əməliyyatları və insanların təxliyəsi davam edir.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26