Interposta.Info

"Sputnik Azərbaycan"da saxlanılan şəxslərlə bağlı məhkəməyə təqdimat daxil olub

Ölkə
 Bu gün, 17:12     2 569

"Sputnik Azərbaycan"da əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

"İnterPosta" "Report"a istinadən xəbər verir ki, sözügedən təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan"ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Məlumata görə, "Sputnik Azərbaycan"da əməliyyat nəticəsində binadan çıxarılan şəxslər direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovdur.

14:21

"Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında ("Sputnik Azərbaycan") Daxili İşlər Nazirliyinin ( DİN) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə yeddi nəfər saxlanılıb.

"İnterPosta" xəbər verir ki, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq iki nəfər həbs edilib, digər beş nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, dünən DİN "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında əməliyyat keçirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26