Interposta.Info

“NUR Art House”da "Zamanın və məkanın vəhdəti: Keçə sənəti" sərgisi açılacaq

Ölkə
 7-01-2023, 16:57     194

“NUR Art House” qalereyası "Zamanın və məkanın vəhdəti: Keçə sənəti" adlı sərgi təşkil edəcək. Sərgidə keçə ustası, modelyer-rəssam Nailə Kərimovanın əsərlərindən ibarət dekorativ-tətbizi sənər nümunələri nümayiş olunacaq.
Qeyd edilənləri nəzərə alaraq, Sizdən 14 yanvar 2023-ci il tarixində, saat 17:00-da İçərişəhər, Qəsr küçəsi 27 ünvanında yerləşən qalereyamızda açılacaq bu çox maraqlı sərgini işıqlandırmaq üçün “Xəbərlər” və “Mədəniyyət” kanalının çəkiliş qrupunu göndərməyinizi xahiş edirik.
Qoşma: Sərginin press-relizi – 1 səh., 1 nüsxədə

Yanvarın 14-də “NUR Art House” xalça qalereyasında keçə ustası, modelyer-rəssam Nailə Kərimovanın "Zamanın və məkanıın vəhdəti: Keçə sənəti" adlı ilk fərdi sərgisi açılacaq.
Keçə ustası Nailə Kərimovanın xalq tətbiqi sənətinə marağı uşaqlıqdan yaranıb. Babası xalça taciri olub, anası isə zərif barmaqları ilə neçə-neçə xalçaya ömür bəxş edib. Nailə xanım bədii tikmə, bədii hörmə və digər sənət növlərində özünü sınasa da, buna bir sevimli məşğuliyyət - hobbi kimi yanaşıb.
Məhz bu səbəbdən BDU-nun "Kitabxanaşunasliq və Biblioqrafiya" fakültəsinin bakalavr, Bakı Asiya Universitetinin "Filologiya "fakültəsini isə magistr pilləsini bitirib. O, Azərbaycan Milli İncəsənət Muzeyində işlədiyi müddətdə incəsənət sahəsini dərindən öyrənməyə başlayıb və uşaqlıq marağı sənətə çevrilib. Daha sonra modelyer-rəssam kimi təhsil alıb və ciddi şəkildə tətbiqi sənətdə yenilik yaratmaq arzusu onu keçə sənətinə gətirib.
Nailə Kərimova Azərbaycan mədəniyyəti üçün çox nadir və unikal olan bu sənətin unudulmasını istəmədiyinə görə, ona müraciət edib. Onun yaratdığı əsərlər müxtəlif mövzuları əhatə edir. Ölkəmizin isti iqlim şəraitini nəzərə alaraq keçəni müxtəlif materiallarla kombinə edir və yalnız dekor üçün deyil, həmçinin geyimdə və aksesuarlarda da keçə sənətindən istifadə edir. Dizayner kimi axtarışlarında əsas məqsəd keçə sənətinin müasir ifadə vasitələri və imkanlarını tam olaraq sənətsevərlərə təqdim etməkdir.
Alaçıqlara, evlərə istilik gətirən, bu gün isə geyimlərdə incəsənətin müxtəlif üslublarının sintezinə meydan açan keçə sənətinə yeni baxışın nümayişi yanvarın 14-ü saat 17:00-da İçərişəhər, Qəsr küçəsi 27 ünvanında yerləşən “NUR Art House” qalereyasında Nailə Kərimovanın fərdi sərgisində tamaşaçılara təqdim olunacaq. Sənətsevərləri 1 gün davam edəcək bu qeyri-adi sərgiyə dəvət edirik.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26