Interposta.Info

Vasif Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu: Aeroportdan qaytarıldı

Ölkə / Manşet
 28-12-2022, 09:31     647

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına “stop” qoyulub.

"İnterPosta"nın xəbər verir ki, “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.

Hazırda Seymur Talıbova məxsus biznes obyektləri və digər məsələlərlə bağlı istintaq aparılır. Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənara çıxararaq, biznes qurduğu məlum olub.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru idi. O, həmçinin Ali Məclisin deputatıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26