Interposta.Info

Vasif Talıbovun oğlundan xanımına gözəl jest

Ölkə
 28-09-2017, 16:03     10 685

Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov toyu ərəfəsində xanımına gözlənilməz jest edib.

"XeberBiz" ölkə.az-a istinadən xəbər verir ki, Talıbov müğənni Zamiqin ifasında ilk dəfə toyunda səsləndirilən “Bu gün bizim günümüzdür” adlı mahnını xanımı üçün bəstələyib.

Bu barədə Zamiq sosial şəbəkədəki öz hesabında sözügedən mahnını paylaşaraq qeyd edib:

“Əziz dostlar, bu yaxınlarda mənə çox əziz olan, hörmət etdiyim bir insanın özəl gününə mahnı hazırladıq. Çoxsaylı zəng və mesajlarınızı nəzərə alıb həmin mahnının bütöv versiyasını təqdim edirəm. Mahnının sözləri Seymur Talıbova, musiqisi isə Hakan Erola məxsusdur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26