Interposta.Info

Vasif Talıbov oğlunu yeni nazirin qızıyla evləndirir - Toy Bakıda olacaq

Ölkə
 31-08-2017, 17:36     11 121

Sentyabrın 15-də Bakıdakı "Buta” sarayında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi olacaq.

interposta.info
xəbər verir ki, bu barədə "AzPolitika” saytı məlumat yayıb.

Yazılanlara görə, V. Talıbov sentyabrın 15-də bir neçə gün əvvəl MR-in Daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək. Lakin onların qohumluğu yeni deyil. F.Ələkbərov Vasif Talıbovun xalası oğludur.

Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmışdılar. Həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tuturdu.

Seymur Talıbov Naxçıvandakı universitetlərdən birinin prorektoru vəzifəsində çalışır və eyni zamanda MR Ali Məclisinin üzvüdür.

Maraqlıdır ki, Talıbovların bundan əvvəlki bütün xeyir işləri Naxçıvanda olub. Lakin S.Talıbovun toyu Bakıda olacaq.

interposta.info
Vasif Talıbov oğlunu yeni nazirin qızıyla evləndirir - Toy Bakıda olacaq

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26