Interposta.Info

Vasif Talıbov yeni sədr təyin etdi (YENİLƏNİB)

Ölkə
 10-08-2021, 17:36     740

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov daha bir fərman imzalayıb.

"İnterPosta"xəbər verir ki, fərmana əsasən, Rasim Hüseynbala oğlu Bağırov "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə sədr təyin edilib.

Daha öncəki sənədə əsasən, Əli Rüstəm oğlu Quliyev "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri vəzifəsindən azad edilib.

Xatırladaq ki, ötən gün V. Talıbovun fərmanı ilə Ramil Hacı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri təyin edilib.

16:24

"Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri Əli Quliyev vəzifəsindən azad edilib.

"İnterPosta"xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu barədə fərman imzalayıb.

Vasib Talıbovun digər fərmanı ilə bu vəzifəyə Rasim Hüseynbala oğlu Bağırov təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26