Interposta.Info

Azərbaycanda yeni nazir təyin olundu

Ölkə
 27-04-2020, 21:19     541

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də Daşqın Rəhimovun Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

"İnterPosta" xəbər verir ki, fərmanda qeyd olunub:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilsin".

Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

Ali Məclis Sədrinin digər bir Fərmanı ilə Suliddin Əliyev Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26