Interposta.Info

Azərbaycanda yeni nazir təyin edildi

Ölkə
 25-08-2017, 22:17     10 560

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun fərmanı ilə Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib. "XeberBiz" naxcivantv.az saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin.”
Azərbaycanda yeni nazir təyin edildi


Qeyd edək ki, Ali Məclis Sədrinin həmin tarixli digər fərmanı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Xatırladaq ki, general-mayor Fazil Ələkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, daha sonra isə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb.

Onu da qeyd edək ki, Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədov bir müddət əvvəl vəzifədən azad edilib. Bir neçə gün əvvəl Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsininin rəisi Rafiq Abbasovun bu interposta.info təyin edilməsi ilə bağlı xəbərlər yayılsa da, sonradan təkzib olundu.

interposta.info
Azərbaycanda yeni nazir təyin edildi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26