Interposta.Info

Vasif Talıbov müavinini işdən çıxardı

Gündəm
 15-11-2017, 23:58     10 452

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 14 noyabr tarixli sərəncamı ilə Mirhəşim Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilib.

interposta.info-ın “Naxcivantv.az”a istinadən məlumatına görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

Mirhəşim Əhməd oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilsin”.

Xeber.Biz.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26