Interposta.Info

Naxçıvanın Medianın İnkişafı Agentliyi yaradılıb - FƏRMAN

Ölkə
 21-01-2021, 22:42     503

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 21-də “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

"İnterPosta" xəbər verir ki, fərmana əsasən, Naxçıvan MR Ali Məclisinin sədri yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb.

Eyni zamanda Naxçıvan MR Medianın İnkişafı Agentliyinin Nizamnaməsi və Müşahidə Şurasının tərkibi təsdiq edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26