Interposta.Info

Baş Prokurordan yeni təyinat

Ölkə
 20-12-2022, 15:15     201


Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbər təyin edilib.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Hacıyev Saleh Ruslan oğlu bu vəzifəyə təyinat alıb.

Saleh Hacıyev buna qədər Baş Prokuror Kamran Əliyevin xüsusi məsələlər üzrə köməkçisi olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat təsdiq olunub.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə tutduğu vəzifədən azad olunaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müvafiq vəzifəyə təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26