Interposta.Info

Kamran Əliyev üç rayona yeni prokuror təyin etdi

Ölkə / Manşet
 20-04-2022, 15:52     420

Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "İnterPosta"ya bildirilib ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Xocalı rayon Prokuror Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə tutduğu vəzidən azad olunaraq Tovuz rayon prokuroru təyin olunub.

Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayon prokuroru təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26