Interposta.Info

Kamran Əliyev bu rayonlara prokuror təyin etdi

Ölkə / Manşet
 18-03-2022, 11:21     567

Ağcabədi rayonuna yeni prokuror təyin edilib.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Laçın rayonuna da yeni prokuror təyin olunub.

Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, İlqar Səadətov Laçın rayon prokuroru təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26