Interposta.Info

Yasamala su nə vaxt veriləcək?

Ölkə
 26-10-2022, 14:27     226


"Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza günün sonuna aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək”.

"İnterPosta" xəbər verir ki, bu sözləri "Azərsu”yun mətbuat katibi Anar Cəbrayıllı feysbukda yazıb.
Ətraflı

O bildirib ki, bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali dayanıqlı içməli su ilə təmin olunacaq.

Cəbrayıllı qeyd edib ki, qəza baş verən ərazidə yol yatağının bərpası işləri həyata keçiriəcək və nəqliyyatın normal hərəkəti mümkün olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26