Interposta.Info

Azərbaycanda magistral yolu su basdı - VİDEO

Ölkə
 15-10-2022, 09:16     253

Bakı-Ələt-Qazax-Gürcüstan yolunu su basıb.

Su kəmərində baş verən qəza suyun avtomobil yoluna daşmasına səbəb olub.

Bu səbəbdən yolda nəqliyyatın hərəkəti çətinləşib.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a bildirilib ki, sözügedən ərazidə gecə saatlarında qəza baş verib:

“Kür-Bakı su kəmərinin Qaradağ rayonundan keçən hissəsində böyük qəza baş verib. Ətrafa böyük həcmdə su dağılıb. Su Bakı-Qazax yoluna çıxıb və nəqliyyatın hərəkətinə maneə yaranıb.

Qurum rəhbərliyi, qəza briqada heyəti gecə saatlarından ərazidədir. Xüsusi texnikalar, su kənarlaşdıran bütün nasoslar əraziyə cəlb olunub. İlkin olaraq əraziyə dağılan suyun təmizlənməsinə çalışırıq. Ardınca isə baş verən qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçiriləcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26