Interposta.Info

"Azərsu"yun 2 əməkdaşı Ucarda torpaq uçqununda xəsarət alıb

Ölkə
 9-04-2019, 20:37     10 442

"Azərsu" ASC Ucar rayonunda təmir işləri zamanı baş verən uçqun nəticəsində iki əməkdaşının palçıq kütləsinin altında qalmasını təsdiqləyib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Report"a bildirib ki, Ucar şəhərində kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı 2 əməkdaş xəsarət alıb: "Onların həyatı üçün təhlükə yoxdur. Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur".

****

Ucar rayonunda torpaq uçqunu baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb.

Uçqun "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman olub. Nəticədə 4 nəfər uçqun altında qalıb. Xəsarət alan şəxslər torpağın altından çıxarılaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26