Interposta.Info

Mərhum yazıçı-publisistin kitabı çap olundu (FOTO)

 

Ölkə
 20-09-2022, 17:59     208

Mahir publisist, tanınmış jurnalist və yazıçı, koronavirusun qurbanlarından olan Tahir Abbaslının kitabı nəşr edilib.

Bu haqda məlumatı Qaynarinfo-ya mərhum yazıçının oğlu Üzeyir Abbaslı verib.

"Publisistik taktlar” adlı kitab mərhumun son iş yeri olan "Mədəniyyət” qəzetində yığılıb və "Mütərcim” nşriyyatında çap edilib.

Sabah saat 12:00-da Mətbuat şurasında kitabın təqdimatı keçiriləcək.

Xatıaladaq ki, Tahir Heydər oğlu Abbaslı (Tahir Əhmədalılar) 1948-ci il sentyabrın 25-də Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Tələbə ikən, 1971–1972-ci illərdə "Bakı” və "Baku” axşam qəzetlərində korrektor işləyib. 1974-cü ildə təhsilini başa vurduqdan sonra ordu sıralarında xidmət edib.

Tahir Abbaslı 1977–1994-cü illərdə Azərbaycan Teleradio Verilişləri Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri və studiya direktoru vəzifələrində çalışıb. O, 1994–2004-cü illərdə müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri və baş redaktor kimi fəaliyyət göstərib.

İstedadlı publisist 2004-cü ildən taleyini "Mədəniyyət” qəzeti redaksiyası ilə bağlayıb. Müxtəlif illərdə müxbir, incəsənət, mədəniyyət siyasəti, elm və təhsil şöbələrinin müdiri, eləcə də redaktor vəzifələrində çalışıb. 2016-cı ildə yaşla əlaqədar təqaüdə çıxsa da, redaksiya ilə əlaqəsini kəsməyib, diqqətçəkən yazıları qəzetdə mütəmadi dərc olunub. "Tahir Abbaslı”, eləcə də "Tahir Əhmədalılar” imzalı yazıları intizarla gözləyən çoxsaylı oxucuları vardı. Azərbaycan Mətbuat Şurası və digər və yaradıcılıq təşkilatlarının keçirdiyi müsabiqələrdə dəfələrlə uğur qazanmışdı.

Tahir Abbaslı həm də maraqlı hekayə və esselərin müəllifi idi. Bir hekayələr toplusu nəşr olunmuşdu.

Tahir Abbaslı 18 iyul 2021-ci ildə, 73 yaşında vəfat edib. Füzuli rayonunun Əhmədalılar kəndində torpağa tapşırılıb

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26