Mərhum yazıçı Mövlud Mövludun ilk kitabının təqdimatı keçiriləcək

M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçiriləcək
“Report”un məlumatına görə, təqdimat may ayının 27-də baş tutacaq, 12.00-dan 14.00-a qədər davam edəcək.
Kitabın satışından əldə olunan gəlir M.Mövludun övladına bağışlanacaq.
M.Mövludun “Çətirsiz” hekayələr kitabı Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən 15-ci kitabdır.
Qeyd edək ki, M.Mövlud 1989-cu ildə anadan olub. O, 2017-ci ilin martın 16-da özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. "Çətirsiz" mərhum yazıçının ilk kitabıdır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26