Interposta.Info

İntihar edən yazarın xanımı:

Müxtəlif
 16-03-2017, 15:02     768

Tanınmış gənc yazar, ədəbiyyat cameəsində Mövlud Mövlud imzası ilə tanınan Mövlud Abdullayev bu gecə intihar edib.

interposta.info xəbər verir ki, yazarın həyat yoldaşı, jurnalist Sevinc Fədai Modern.az-a açıqlamasında sarsıntı içərisində "məndən heç nə soruşmayın. Heç nə deyə bilmirəm” söyləyib.

Mövlud Mövlud intihar edərkən həyat yoldaşı evdə olmayıb, bu barədə Ölkə.Az-a onun həyat yoldaşı Sevinc Fədai məlumat verib.

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.

M.Abdullayev hadisə yerində dünyasını dəyişib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Mövlud Abdullayev və Sevinc Fədai cütlüyünün bir azyaşlı uşağı var.

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26