Interposta.Info

Qurban Qurbanov: “Futbolçular qələbəyə layiq idi”

Ölkə
 12-07-2022, 22:40     293

“Bizim möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Birinci oyundan sonra hamı rəqibin fanatlarından danışırdı. Bizim tərəfdarlar daha möhtəşəmdir. 10 milyon azərbaycanlı bizimlə idi. Bu gün onu hiss etdik”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa “Lex”inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

50 yaşlı mütəxəssis Polşa çempionuna qalib gəldiklərini bildirib:

“Futbolçular bu oyuna tam hazır idilər. Hər birinə təşəkkür edirəm. Onlar qələbəyə layiq idilər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26