Interposta.Info

Qurban Qurbanov: "Bizə ən çətin və gözlənilməz rəqib düşdü"

İdman
 19-06-2018, 17:41     10 512

"Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Sloveniya "Olimpiya"sı barədə danışarkən deyib. 46 yaşlı mütəxəssis artıq bu gündən Lyublyana komandasını analiz etməyə başlayacaqlarını açıqlayıb: "Oyuna qədər maksimum hazır olmağa və mərhələ adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".

Qeyd edək ki, ilk oyun 10-11 iyulda Lyublyanada, cavab görüşü 17-18 iyulda Bakıda keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26