Interposta.Info

"Anadolu Qartalı - 2022" təlimində "Yüksək səviyyəli müşahidəçi günü" keçirildi

Ölkə
 29-06-2022, 21:18     292

Türkiyə Respublikasının Konya şəhərində təşkil olunan "Anadolu Qartalı -2022" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib.

Müdafiə Nazirliyindən "İnterPosta"-ya verilən xəbərə görə, tədbirdə Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə iştirak edib.

Əvvəlcə qonaqlara təlimin gedişatı, qarşıya qoyulan tapşırıqların məqsədi və yerinə yetirilmə dərəcəsi barədə brifinq təqdim olunub, Sonra "Anadolu Qartalı - 2022" beynəlxalq taktiki-uçuş təlimi ilə bağlı qısametrajlı film nümayiş etdirilib.

Tədbirdə qardaş, dost və müttəfiq ölkələrin hərbi hava qüvvələrinin şəxsi heyəti ilə birgə keçirilən beynəlxalq təlimə Türkiyənin ev sahibliyi etməsinin qürurverici amil olduğu diqqətə çatdırılıb. Təlim iştirakçılarının peşəkarlığı yüksək qiymətləndirilib və onlara gələcək xidmətlərində müvəffəqiyyətlər arzulanıb.

Sonra qonaqlara Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Yıldızları" aviaqrupunun iştirakı ilə nümunəvi uçuşlar təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26