Interposta.Info

“Space” TV qalibləri açıqladı - Üç nəfərə mükafat verildi

Ölkə
 24-06-2022, 14:27     290

"Space” TV-nin elan etdiyi "Vətən müharibəsi xatirələri” adlı müsabiqə sona çatıb.

"İnterPosta"xəbər verir ki, müsabiqəyə 44 günlük Vətən müharibəsində yaşananlardan bəhs edən 110 xatirə yazısı qəbul olunub.

Müsabiqənin nəticələri isə Azərbaycan televiziya məkanında ilk dəfə olaraq "Space” TV-də canlı yayımda münsiflər tərəfindən elan edilib.

Beləliklə, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxovun, yazıçı Şərif Ağayarın və şair Aqşin Yeniseyin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə müsabiqənin iki qalibi və bir xüsusi mükafatçısı elan olunub.

Space TV-dən bildirilib ki, müsabiqənin qalibləri Füzuli rayon sakini Tural Nəbiyev və yazıçı Cavid Zeynallı olub.

Xüsusi mükafat isə həyat yoldaşı və qardaşı ikinci Qarabağ savaşının iştirakçısı olan Sürəyya Hümmətova təqdim edilib.

Qaliblər diplom və pul mükafatı ilə təltif olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26