MTRŞ “Space TV” ilə bağlı qərar qəbul etdi
11 yanvar 2021-ci il tarixdə Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib.
Şuradan ''İnterPosta''-ya verilən xəbərə görə, iclasda "Space Müstəqil Teleradio” MMC-nin "Space” televiziya kanalının HD siqnal ilə yayımlanması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.
"Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Milli Televiziya və Radio Şurası "Space” televiziya kanalının (Space TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26