Interposta.Info

ANİİA növbəti layihəsini təqdim edir

Müxtəlif
 23-02-2021, 21:56     514

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 5 Yanvar 2021 ci ildə imzaladığı sərəncamla 2021-ci ili dahi şair və mütəfəkkir Nizami Gəncəvi ili elan etmişdir.
İnterPosta.info xatırladır ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədər imzalanan bu sərəncam, özündə bəşər mədəniyyətinin ən ali duyğularını birləşdirir. 44 günlük İkinci Qarabağ müharibəsində əldə olunan zəfər bizləri təkcə 30 ildi işğal altında olan yurdumuza qaytarmamışdı. Biz, tariximizə və mədəniyyətimizə dönüş etmişdik. Cənab prezidentin "Şuşa"nı Qafqazın mədəniyyət ocağı adlandırması bir daha dövlət başçısının Azərbaycan mədəni tarixinə olan qayğısını göstərmişdir. Dövlət başçısının qüdrətli söz və fikir ustadı olan Nizami Gəncəvini insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsi Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq bizləri də bu ilin milli amalını aşılamışdır.
ANİİA olaraq biz də, XXI əsr (Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 2001) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) təşkilati dəstəyi ilə Nizami Gəncəvi ilində dahi sənətkardan bəhrələnərək sənət nümunəsi yaradan Rəssam və Heykəltəraşlar üçün Nar müsabiqəsi təşkil edirik. 05.02.21-ci il tarixindən etibarən başlanan "Sönməz Günəşin Dəryası" adlanan müsabiqə öz istedadlarının axtarışına çıxır. Özünə və istedadına güvənən hər kəsi müsabiqəyə qoşulmağa dəvət edirik. Müsabiqə şərtləri olduqca sadədir. İştirakçlar Nar obrazı əsasında hazırlanan eskiz nümünələrini 25.02.21-ci il tarixinə qədər info_mü[email protected] elektron ünvanına göndərmələri kifayətdir. 25.02.21-ci il tarixində göndərilən eskiz nümunələri bu sahənin tanınmış münsif heyəti tərəfindən dəyərləndirilir. Heykəltəraşlıq sənəti ilə müraciət edən iştirakçıların hazırladıqları fiqurun hündürlüyünün 50 sm-dən artıq olmaması vacibdir.Münsiflər heyətinin birgə qərarı əsasında müsabiqənin ikinci mərhələsinə keçən iştirakçılar müəyyən olunduqdan sonra , reallaşdrılması üçün seçilən eskiz nümunələrinin hazırlanması üçün 05.03.21-ci il tarixinə qədər iştirakçılara vaxt verilir. Münsiflər heyətinin ortaq qərarı ilə həm rəssamlıq, həm də heykəltəraşlıq sahəsi üzrə seçilən ilk 3 yerin sahibi ANİİA tərəfindən pul mükafatı, sertifikat və hədiyyələrlə mükafatlandırılacaqdır.
Hər sahə uzrə;
Birinci yer 1500 azn
İkinci yer 1000 azn
Üçüncü yer 500 azn pul mükafatı əldə edəcəkdir. ANİİA müsabiqənin təşkilatı üçün dəstək olan hər kəsə təşəkkür edir , iştirak edən bütün iştirakçılara uğurlar arzu edir. ! Müsabiqənin gedişatı barədə məlumatı rəsmi instagram (@aniia.official) hesabımızdan əldə edə, yaranan əlavə suallar üçün +99451 353-55-54 əlaqə nömrələrinə zəng edə bilərsiniz.!

https://www.pomegranate.az/blogs/sonmez-gunesin-deryasi

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26