Interposta.Info

2021-ci ilin “Nizami Gəncəvi İli”- Laçın Dövlət Rəsm Qalereyası da, bu təşəbüsə qoşulub - FOTOLAR

Mədəniyyət
 15-07-2021, 13:26     873

2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunduğuna görə Laçın Dövlət Rəsm Qalereyası da, bu təşəbüsə qoşulub.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

"İnterPosta" xəbər verir ki, Sərəncamdan irəli gələn tədbirlərə Laçın Dövlət Rəsm Qalereyasıda qoşulub.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olmuşdur. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Rəsm Qalereyası şairin portretini (rəsim əsərini) “Nizami Gəncəvi İli” münasibət ilə sərgi salonunda sərgiləyir və onun dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri olması haqqında gənc nəsilə əməkdaşları geniş məlumat verirlər.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26